Rating 4.0 out of 5 (3 ratings in Udemy)
What you'll learn- İnformasiya məlumatlarında xəbərləri görə bilmək;
- Xəbərləri qısa, yığcam və oxucular üçün aydın olacaq şəkildə yaza bilmək;
- Mütəşəkkil qaydada və sürətli yaza bilmək.
DescriptionQısa xəbər jurnalist işində ən sadə format hesab edilir. Yeni işə başlayan jurnalistlərə adətən ilk tapşırıq kimi qısa xəbərlər yazmağı həvalə edirlər. Əksəriyyət belə düşünür ki, qısa xəbərləri hər kəs yaza bilər. Əslində isə belə deyil. Heç də hər kəs …
Rating 4.0 out of 5 (3 ratings in Udemy)
What you'll learn- İnformasiya məlumatlarında xəbərləri görə bilmək;
- Xəbərləri qısa, yığcam və oxucular üçün aydın olacaq şəkildə yaza bilmək;
- Mütəşəkkil qaydada və sürətli yaza bilmək.
DescriptionQısa xəbər jurnalist işində ən sadə format hesab edilir. Yeni işə başlayan jurnalistlərə adətən ilk tapşırıq kimi qısa xəbərlər yazmağı həvalə edirlər. Əksəriyyət belə düşünür ki, qısa xəbərləri hər kəs yaza bilər. Əslində isə belə deyil. Heç də hər kəs qısa xəbər yaza bilməz – daha doğrusu, qısa xəbərləri yaxşı və tez yaza bilməz. Bu kurs məhz bunu öyrədəcək.
Siz jurnalist kimi uzun müddət çalışırsız və ilk yazınızı makinada yazmısız? İstənilən halda, bu kursdan sonra öz işinizin öhdəsindən daha yaxşı gələcəksiz. Nəinki qısa xəbərləri, həmçinin daha mürəkkəb mətnləri daha yaxşı yazacaqsız. Çünki bu kurs həm də xəbər haqqında daha yaxşı düşünmək və iş üzərində diqqəti daha yaxşı cəmləyə bilmək barəsindədir.
Siz redaktor və ya universitet müəllimisiz, əməkdaşlara və ya tələbələrə xəbər mətni hazırlamağın texnologiyasını izah etməlisiz? Bu kurs sizi həm lazımlı alətlər, həm də zəruri izahlarla təmin edəcək.
Siz nəyi öyrənəcəksiz?
- Nə və niyə yazdığınızı aydın başa düşəcəksiz (əslində heç də göründüyü kimi asan deyil).
- Mənbələri təhlil edə və seçə biləcəksiz.
- Oxucunun nəyi öyrənmək istədiyini anlayacaq və bundan çıxış edərək xəbəri tərtib edəcəksiz.
- Qənaətbəxş məhsulu daha sürətli hazırlaya bilmək üçün iş prosesini daha məntiqli formada təşkil edə biləcəksiz.
- Hər hansı bir mövzuda qısa xəbəri mümkün qədər tez yaza bilmək üçün şablon və alqoritmə sahib olacaqsız.
- Mətnləri düzgün tərtib etməyi, aydın və qısa yazmağı bacaracaqsız.
- Tərsinə çevrilmiş piramidaya uyğun qısa müddətdə işləmək üzrə idman ustası olacaqsız.
- Xəbər başlığı və ilk abzası asanlıqla yazacaqsız.
- Başqalarının görmədiyi yerdə siz xəbəri görəcəksiz.
Qısa desək, siz daha yaxşı jurnalist olacaqsız.
Xəbərləri sürətli yazın!